Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyaya daha bir zərbə: "Drujba" sıradan çıxdı

“Drujba” neft kəmərinin Polşadan keçən hissəsində sızıntı baş verib.

TASS xəbər verir ki, bu barədə kəmərinin Polşadan keçən hissəsinin operatoru PERN məlumat yayıb.

Bildirilib ki, ötən gün Plotskdan 70 kilometr məsafədə yerləşən “Drujba” boru kəmərinin iki xəttindən birində sızıntı baş verib. Lakin bunun səbəbi məlum deyil. Kəmərin bu hissəsi vasitəsilə Almaniya neft nəql olunur.

Polşa Dövlət Yanğın Mühafizəsinin nümayəndəsi Karol Kejkovskiy bildirib ki, “Drujba” kəmərində neft sızıntısı bir neçə saat davam edəcək.

Zədələnmiş xətlə neftin vurulması artıq dayandırılıb və həmin xətdə təzyiq də azalır.

Xatırladaq ki, kəmərin ötürücülük qabiliyyəti ildə 16,7 milyon ton neft təşkil edir.

Neft kəmərinin marşrutu Samaradan Bryanska, oradan isə Mozıra qədər uzanır, daha sonra o, 2 hissəyə bölünür: şimal (Belarus, Polşa, Almaniya, Latviya və Litva) və cənub (Ukrayna, Çexiya, Slovakiya, Macarıstan və Xorvatiya).