Rusiyanın zərbələri nəticəsində Zaporojyedə 12, Kramatorskda 5, Dneprdə 4 nəfər ölüb
06 May 2026
Rusiyanın Ukraynanın Zaporojye vilayətinə aviazərbəsi nəticəsində 12 nəfərə ölüb, daha 37 nəfər yaralanıb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.
"Bu, idarə olunan aviabombalarla şəhərin mülki infrastrukturuna endirilən zərbələr idi. Bu, hər hansı bir hərbi mənası olmayan terror zərbəsidir. Rusiyanın şəhər və kəndlərimizə zərbələri bir gün də olsun kəsilmir. Təkcə bu zərbə artıq 12 can alıb", - o yazıb.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri həmçinin mayın 5-i axşam saatlarında Dneprə zərbə endirib, ilkin məlumatlara görə, dörd nəfər ölüb.
Kramatorsk şəhərinin bombardman edilməsi zamanı isə 5 nəfər ölüb.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri mayın 5-də Ukraynanın bir sıra rayonlarına güclü zərbələr endirib.