Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın Zelenskiyə kifayət qədər sözü var... - Dmitri Peskov

Rusiyanın Ukrayna prezidenti Vladimir Zelenski ilə, Ukraynadakı vəziyyətin nizamlanması üçün öz şərtlərinin yerinə yetirilməsi haqqında, danışacağı kifayət qədər çox mövzular var.

Bu barədə bazar günü Rusiya liderinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalında “Moskva-Kremlin-Putin” proqramında bildirib.

Jurnalist Pavel Zarubin Kremlin sözçüsündən Moskvanın Zelenskinin vəziyyəti sülh yolu ilə həll etmək istəməməsi ilə bağlı açıqlamalarını nəzərə alaraq onunla danışacaq bir şeyin olub-olmadığını soruşub.

“Əlbəttə ki, danışacağı kifayət qədər çox şey, məsələn, şərtlərimizin necə yerinə yetiriləcəyi kimi dərin mövu var. Əslində, qarşı tərəf bu danışıqlara hazır olmalıdır. Bizm şərtlərimiz bəlli, mövqeyimiz dəyişməzdir”, - deyə Peskov bildirib.

O, Rusiyanın şərtlərinin əvvəlki kimi qalıb-qalmaması ilə bağlı suala müsbət cavab verib.

"Əməliyyat davam edir, qarşıya qoyulmuş bütün məqsədlərə nail olunacaq. Qətiyyətlə davam edirik. Amma onların hadisələrə münasibətlərinin dəyişməsi bizim şərtlərimizdə də öz əksini tapa bilər. Amma hələ ki qarşı tərəfdən konkret mövqe nümaişi göztərməsini hiss etmirik", - deyə Kremilin sözçüsü əlavə edib.