Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 34 nəfər ölüb

Rusiyanın şənbə günü gecə saatlarında Ukraynanın Zaporojye vilayətinə hücumu nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.

Bu barədə Zaporojye Şəhər Şurasının katibi Reqina Xarçenko bildirib.

Onun sözlərinə görə, dağıntıların təmizləməsi işləri davam edir. Kommunal xidmətlər artıq 100 tondan çox zibil çıxarıb.

Daha əvvəl xəbər verilib ki, Rusiya ən kütləvi zərbəni şənbə gecəsi Zaporojyeyə endirib. Regionun 15 yaşayış məntəqəsinə 613 zərbə endirilib. Həmin vaxt bir nəfərin öldüyü, 21 nəfərin yaralandığı bildirilirdi.