Rusiyanın Zaporojye vilayətinə hücumu nəticəsində ölənlərin sayı 26-ya çatıb
03 Noyabr 2026
Rusiyanın Zaporojye vilayətinin Komışuvaxa yaşayış məntəqəsinə hücumu nəticəsində ölənlərin sayının 26-ya yüksəlib.
Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski açıqlama verib.
***
21:46
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Zaporojye vilayətinə endirdiyi aviazərbələr nəticəsində 18 nəfərin öldüyünü, 5 nəfərin yaralandığını açıqlayıb.
Onun sözlərinə görə, Rusiya qüvvələri Komışuvaxa kəndində humanitar yardımın paylandığı məktəbə zərbə endirib.
“Rusiyanın Zaporojye vilayətinin Komışuvaxa yaşayış məntəqəsinə hücumu dəhşətli nəticələrə səbəb olub. Bu səhərdən etibarən yaşayış məntəqəsi bir neçə dəfə aviasiya bombaları ilə vurulub”, - Zelenski bildirib.
Onun sözlərinə görə, zərbələr humanitar məqsədlərlə istifadə olunan məktəbə endirilib. Həmin vaxt orada sakinlərə humanitar yardım paylanırmış. İlk aviazərbədən sonra daha doqquz bomba ilə təkrar hücum həyata keçirilib. Bu zərbələr insanların sığındığı sığınacağı hədəf alıb.
Ukrayna lideri qeyd edib ki, Rusiya hər həftə Komışuvaxada qalan sakinlərə məhz həmin ərazidə humanitar yardım paylandığını bilməyə bilməzdi.
Onun sözlərinə görə, bu hücum Rusiyanın gərginliyin azaldılmasında və real sülhün əldə olunmasında maraqlı olmadığını bir daha göstərir.