Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vens ABŞ və İran arasında danışıqlarda irəliləyiş olduğunu açıqlayıb

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens ABŞ və İran arasında münaqişənin dayandırılması ilə bağlı keçirilən məsləhətləşmələrdə müəyyən irəliləyiş əldə olunduğunu bildirib.

Vens bu barədə Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə açıqlaması zamanı danışıb.

“İran tərəfi ilə bir sıra yaxşı məsləhətləşmələrimiz olub. Təxminən bir saat əvvəl bu məsələni ABŞ prezidenti Donald Trampla müzakirə etdim. Şübhəsiz ki, müəyyən irəliləyişə nail olmuşuq. Görək, daha böyük nəticələr əldə edə biləcəyikmi?”, – Vens deyib.

O, həm Trampın, həm də özünün danışıqlar yolu ilə nizamlanmanın perspektivlərinə kifayət qədər nikbin yanaşdığını və bu istiqamətdə işi davam etdirəcəklərini vurğulayıb.