Rusiyanın yeganə aviadaşıyıcı yenə yandı
22 Dekabr 2022
Rusiyanın Murmansk şəhərində təmirdə olan təyyarə daşıyan “Admiral Kuznetsov” aviadaşıyıcısında yanğın baş verib.
Bu barədə Rusiya birləşmiş gəmiqayrıma şirkətinin rəhbər Aleksey Raxmanov bildirib.
Məlumata görə, “Admiral Kuznetsov” aviadaşıyıcısı Zvezdoçka zavodunda təmir olunur. Aleksey Raxmanov təmir zamanı “kiçik yanğın” baş verdiyini iddia edir. Onun sözlərinə görə, dağıntı və tələfat olmayıb. Gəminin yanğınsöndürmə sisteminin işə düşməsi nəticəsində yanğın söndürülüb.
Qeyd edək ki, bu aviadaşıyıcı 1991-ci ildə istismara verilib. Dünyanın bir çox bölgələrində, o cümlədən Suriya və Qara dənizdə Rusiya Silahlı Qüvvələrinin əməliyyatında iştirak edib. Aviadaşıyıcı 24-26 qırıcı və 12 helikopter tutumuna malikdir.
Rusiyanın yeganə aviadaşıyıcısı olan “Admiral Kuznetssov” 2024-cü ildə donanmada fəaliyyətinin bərpa edəcək. Gəmi 2018-ci ildə Suriyada əməliyyatlarda iştirakdan sonra təmirə saxlanılıb.
Xatırladaq ki, Ukraynanın məhrum Prezidenti Leonid Kravçuk vaxtı ilə gəminin ölkəsinə verilməsini tələb edib.