Rusiyanın Xersonu bombalaması nəticəsində Azərbaycan vətəndaşı həlak olub
30 Yanvar 2026
Ukraynanın Xerson vilayətində bir kəndin bombardman edilməsi nəticəsində 60 yaşlı Azərbaycan vətəndaşı həlak olub.
Yanvarın 29-da, Xerson vilayətinin Mikolskaya kəndinə Rusiya ordusuna dron və mərmi hücumları nəticəsində ərazi darmadağın olub.
Ölənlər arasında, kənd sakini 1966-cı il təvəllüdlü, əslən Azərbaycanın Beyləqan rayonundan olan Qasımov Həsən Qiyas oğlu da həlak olub.
H.Qasımov uzun müddətdir bu kənddə yaşayıb, şəxsi təsərrüfatı ilə məşğul olurmuş.