Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın ümumi itkiləri açıqlandı

Ukrayna tərəfi Rusiya Silahlı Qüvvələrinin hərbi itkilərinin sayını açıqlayıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 24 500 nəfər canlı qüvvə itirib.

Bundan əlavə, Rusiya ordusunun 1 077 tankı, 2 610 zirehli döyüş maşını, 491 artilleriya sistemi, 152 reaktiv yaylım atəşi sistemi, 194 təyyarəsi, 155 helikopteri, 1 867 avtomobil texnikası, 10 kater və 38 xüsusi texnika məhv edilib.