Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın Ukraynaya qarşı müharibəsi - Son xəbərlər

Rusiyanın Ukraynaya qarşı müharibəsi - Son-xəbərlər

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Kiyev vilayətinin Brovar şəhərini atəşə tutması nəticəsində 1 nəfər həlak olub, 6 nəfər isə yaralanıb. Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.

Rusiyanın Silahlı Qüvvələri işğal altındakı Krımdan hücuma keçməyə başlayıb. Bu barədə Ukraynanın Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda yarımadanın inzibati sərhədindən hərbi texnikanın keçməsi müşahidə olunur.

Kiyevin Borispol hava limanı sərnişin uçuşları və sərnişin qəbulunu dayandırıb. Bu barədə aeroportun “Facebook” səhifəsində bildirilib.

“Aeroport işləmir, bütün sərnişinlər təxliyə olunub, uçuş-enmə zolağı bağlanıb”, - açıqlamada deyilir.