Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın Ukraynadakı itkiləri 83 mini ötüb

Ukraynada son sutkada Rusiyanın 400 canlı qüvvəsi zərərsizləşdirilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 83 110 hərbçisi məhv edilib.

Qeyd olunub ki, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin indiyədək digər döyüş itkiləri 2 878 tank, 5 804 zirehli maşın, 1 531 operativ-taktiki PUA, 1 860 artilleriya sistemi, 393 reaktiv yaylım atəşi sistemi, 209 hava hücumundan müdafiə sistemi, 278 təyyarə, 261 helikopter, 4 362 avtomobil və tanker, 160 xüsusi texnikadan ibarətdir.