Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın Ukraynada itkiləri 23 min nəfərə çatıb

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 23 000 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 986 ədəd tankı, 2 418 ədəd zirehli döyüş maşını, 435 ədəd artilleriya sistemi, 151 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 73 hava hücumundan müdafiə sistemi, 189 ədəd hərbi təyyarəsi, 155 ədəd helikopteri, 1 695 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 229 ədəd dronu, 31 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.