Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın Ukrayna ərazisindəki hərbi bazası məhv edilib

Ukraynanın Rusiyanın işğalı altında olan Novaya Kaxovka şəhərində Rusiyaya məxsus hərbi baza məhv edilib.

UNIAN xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumatı hələlik təsdiqləməyib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya hərbçiləri Xerson vilayətinin bəzi yaşayış məntəqələrində əvvəllər tutduqları mövqelərdən geri çəkiliblər.

Xatırladaq ki, sentyabrın 10-da Xersonda Rusiya hərbçilərinin yerləşdiyi hərbi komissarlığın binası dağıdılıb.