Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın Ternopola endirdiyi zərbələr nəticəsində 25 nəfər ölüb

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Ternopol şəhərinə zərbələri nəticəsində 25 nəfər ölüb, onlardan üçü uşaqdır.

Ukrayna KİV-i xəbər verir ki, bu barədə Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatında deyilir.

Daha 73 nəfər, o cümlədən 15 uşaq yaralanıb.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri Ternopol şəhərində yaşayış binalarına zərbə endirib.