Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın "Su-25" təyyarəsi məhv edilib, 200 hərbçisi öldürülüb

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin səmasında Rusiyaya məxsus "Su-25" qırıcı təyyarəsini vurub.

“Ukrinform” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrindən bildirilib.

Ümumilikdə isə son sutkada Ukraynada Rusiya ordusunun 200 hərbçisi məhv edilib”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 54 050-yə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 199 tank, 4 690 zirehli döyüş maşını, 1 302 artilleriya sistemi, 312 reaktiv yaylım atəşi sistemi, 168 hava hücumundan müdafiə sistemi, 250 təyyarə, 216 helikopter, 908 PUA, 233 qanadlı raket, 15 gəmi, 3 550 avtomobil texnikası və avtosistern, 121 xüsusi texnikadan ibarətdir.