Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın raketlə vurduğu binanın altından 43 nəfərin meyiti çıxarılıb

Rusiyanın Ukraynadakı Çasovoy Yar şəhərinə raket hücumundan sonra ölənlərin sayı artmaqda davam edir.

Bu barədə Fövqəladə Hallar Dövlət Xidməti feysbukda məlumat yayıb.

Baş İdarənin əməkdaşları Çasov Yar şəhərində mərmi atəşi nəticəsində dağılmış 5 mərtəbəli yaşayış binasının dağıntıları altından 43 nəfərin, o cümlədən bir uşağın meyitini aşkar edərək çıxarıblar. Dağıntılar altından 9 nəfər xilas edilib.

Fövqəladə Hallar Dövlət Xidmətindən verilən məlumata görə, binanın 420 tondan artıq dağılmış hissələri təmizlənərək sökülüb, işlər davam etdirilir.