Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın polkovnik-leytenantı əsir götürülüb

Ukrayna hərbçiləri Rusiya Silahlı Qüvvələrinin polkovnik-leytenantını əsir götürüb.

Bu barədə sosial şəbəkədə müvafiq video yayılıb.

İlkin məlumata görə, yüksəkrütbəli zabit Xarkov istiqamətində tutulub.

Videoda onunla yanaşı, daha bir hərbçinin də əsir götürüldüyü nümayiş etdirilib.

Əsir götürülən polkovnik-leytenantın adı açıqlanmayıb.