Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın "Orsk" iri desant gəmisi məhv edildi - VİDEO

İşğal edilmiş Berdyansk limanında rusiyalı işğalçılarının Qara Dəniz Donanmasına məxsus “Orsk” adlı iri desant gəmisi məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri Facebook-da məlumat yayıb.

Yeli sakinlər bildiriblər ki, yanğın digər gəmilərə, silah və yanacaq anbarına da keçib. Gəmilərdən biri batıb, daha ikisi yanmaqda davam edir. Silah və yanacaq anbarı məhv edilib.

Hücum səhər saat 7-də həyata keçirilib.

Düşmən gəmisinin atəşə tutulduğunu əks etdirən video da yayılıb.