Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın müharibədəki yeni itkiləri açıqlanıb

Ukrayna Silahlı Qüvvələri son sutkada Rusiya hərbçilərinin 10 hava hədəfini – 3 təyyarə, əməliyyat-taktiki səviyyədə 4 PUA və 3 qanadlı raketini məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı bildirib.

Məlumata görə, ötən sutkada Donetsk və Luqansk vilayətlərində rəqibin 6 hücumunun qarşısı alınıb, 4 tank, 5 artilleriya sistemi, 13 zirehli texnika, 15 avtomobil texnikası, 2 yanacaqdaşıyan maşın, bir zenit qurğusu məhv edilib.

Ukrayna hərbçiləri Xerson vilayətinin Bolşaya Aleksandrovka yaşayış məntəqəsində Rusiyanın silah-sursat anbarını dağıdıb və 70-dən çox şəxsi heyətini zərərsizləşdirib.

Ümumilikdə isə müharibə başlayandan Rusiyanın 22 100 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 918 ədəd tankı, 2 308 ədəd zirehli döyüş maşını, 416 ədəd artilleriya sistemi, 149 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 69 hava hücumundan müdafiə sistemi, 184 ədəd hərbi təyyarəsi, 154 ədəd helikopteri, 1 643 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 205 ədəd dronu, 31 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.