Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan səfirliyinə ziyan dəyib
29 Avqust 2025
Rusiyanın gecə saatlarında Ukraynaya atdığı raketlərdən biri Azərbaycanın Kiyevdəki səfirliyinin yaxınlığına düşüb.
Azərbaycan səfirliyinin 100 metr aralığına düşən raket yanğına və güclü partlayışa səbəb olub.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, raketin Ukraynadakı səfirliyimizin binasının yaxınlığında partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib.
O qeyd edib ki, bəzi pəncərələr qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ gəlib.
"Səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb. Səfirliyimiz fəaliyyətini davam etdirir", - XİN rəsmisi vurğulayıb.