Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın "Ka-52" helikopteri və “Su-25” qırıcıları vurulub - VİDEO

Ukrayna Silahlı Qüvvələrinin zenitçiləri sentyabrın 7-də səhər saatlarında Xerson vilayətinin hava məkanında Rusiya ordusuna məxsus "Ka-52" helikopterini vurublar.

UNN xəbər verir ki, məlumatı Ukrayna Hərbi Hava Qüvvələri yayıb.

Məlumata görə, gecə saatlarında isə Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri ölkənin şərqində Rusiyanın əməliyyat-taktiki səviyyəli iki PUA-sını məhv edib.

Xarkov vilayəti səmasında isə Rusiyaya məxsus “Su-25” qırıcısını vurub. Hadisənin vilayətin Voloxov Yar rayonunda, Balakleya yaxınlığında baş verdiyi bildirilir.

Axşam saatlarında isə Rusiyaya məxsus daha bir “Su-25” qırıcısı məhv edilib.

https://www.youtube.com/watch?v=CESks1beza4