Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın itkiləri açıqlandı - minlərlə ölü

Ukrayna tərəfi Rusiyanın müharibə başlayandan verdiyi itkiləri açıqlayıb.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Rusiya Silahlı Qüvvələrinin texnika itkilərini açıqlayıb. Bu barədə Anna Malyar özünün feysbukdakı səhifəsində yazıb.

O bildirib ki, fevralın 26-sı yerli vaxtla saat 06:00-a olan vəziyyətə görə, Rusiyanın 14 təyyarəsi, 8 helikopteri, 102 tankı, 536 zirehli döyüş transportyoru, 15 top, “Buk” ZRK, 17 avtomobil texnikası məhv edilib.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak isə "səhərə olan vəziyyətə görə, 3500-dən çox rusiyalı hərbçi ölüb və demək olar, 200 nəfər əsir düşüb” deyə açıqlayıb. (UNİAN)