Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın itkiləri: 65300 hərbçi, 2529 tank, 1224 PUA...

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 65300 hərbçisi məhv edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2529 tank, 5193 zirehli maşın, 1224 operativ-taktiki PUA, 1589 artilleriya sistemi, 186 hava hücumundan müdafiə sistemi, 268 təyyarə, 242 helikopter, 3 959 avtomobil və tanker, 143 xüsusi texnikadan ibarətdir.

Bildirilib ki, Rusiya ordusu daha çox Krivoy Roq və Baxmut istiqamətlərində itkilər verib.