Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın hərbi itkiləri açıqlandı - 815 tank, 171 təyyarə, 150 ​​helikopter...

Ukrayna Rusiyanın müharibədə verdiyi itkilərlə bağlı yeni statistikanı açıqlayıb.

Silahlı Qüvvələrin Baş Qərargahının yaydığı məlumata görə, ordu 20 900-ə yaxın rus hərbçisini öldürüb. Ukraynalı hərbçilər həmçinin 815 tank, 171 təyyarə və 150 ​​helikopter vurublar. "815 tank, 2087 ədəd zirehli döyüş maşını, 391 artilleriya sistemləri məhv edilib.

Bundan başqa, sıradan çıxarılan düşmən avadanlıq və texnikaların statistikası beldəir: MLRS - 136, hava hücumundan müdafiə sistemləri - 67, təyyarə - 171, helikopterlər - 150, avtomobil avadanlığı - 1504, gəmilər və ya qayıqlar - 8, yanacaq və sürtkü yağları olan çənlər - 76, əməliyyat-taktiki səviyyəli PUA-lar - 165 ədəd, xüsusi avadanlıqlar - 27", - məlumatda deyilir.