Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın endirdiyi zərbələr nəticəsində Kiyevdə 8 nəfər həlak olub

Rusiya ordusunun Kiyevə endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 21-ə çatıb.

Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.

"Saat 20:45-ə olan məlumata görə, Rusiyanın Kiyevə hücumu nəticəsində 21 nəfərin öldüyü təsdiqlənib. Axtarış-xilasetmə əməliyyatları davam edir", - o, teleqram kanalında yazıb.

***

Rusiya avqustun 28-i gecə saatlarında Ukrayna ərazisinə növbəti dəfə hücuma keçib.

Bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat verib. Nazir əlavə edib ki, Kiyevə hava hücumu 9 saatdan çox davam edib.

Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə məlumat verib ki, Rusiya Silahlı Qüvvələrinin endirdiyi zərbələr nəticəsində Kiyevdə biri uşaq olmaqla azı 8 nəfər həlak olub.