Rusiyanın Dneprdə qətlə yetirdiyi dinc sakinlərin sayı 44-ə çatıb
17 Yanvar 2023
Yanvarın 15-də Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinin rayonlarından birində çoxmərtəbəli yaşayış binasına raket zərbələri endirməsi nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.
UNİAn xəbər verir ki, həlak olanlardan 5-i uşaqdır.
Həmçinin bildirilib ki, dağıntılar altından 39 nəfər sağ xilas edilib.
Ərazidə axtarış-xilasetmə tədbirləri başa çatıb.
Qeyd edək ki, Rusiya ordusu yanvarın 15-də Dneprə raketlə hücum edib.