Rusiyanın daha 22 milyardı batdı
21 Mart 2022
Fransa hakimiyyəti Rusiya Mərkəzi Bankının 22 milyard avro məbləğində vəsaitini, habelə Qərb ölkələrinin anti-Rusiya sanksiyalarına məruz qalan fiziki şəxslərin hesablarını və daşınmaz əmlakını dondurub.
Bu barədə bazar günü Fransanın İqtisadiyyat və Maliyyə naziri Bruno Le Mer məlumat verib.
“Biz Rusiya Federasiyası Mərkəzi Bankının 22 milyard avro məbləğində aktivlərini dondurduq. Biz həmçinin Fransanın maliyyə qurumlarında fiziki şəxslərin hesablarındakı 150 milyard avro məbləğində vəsaiti blokladıq”, - deyə nazir RTL radiostansiyanın efirində deyib.
Onun sözlərinə görə, Fransada 30-a yaxın rusiyalıya məxsus “yarım milyard avroluq” daşınmaz əmlak dondurulub.