Rusiyanın cəbhədə daha bir məğlubiyyəti - "Vaqner" Soledardan ciddi itki verərək geri çəkilib
09 Yanvar 2023
"Rusiya Soledara hücum etsə də, ciddi itki verərək geri çəkilib".
“RBK Ukraina” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırskin teleqramda yazıb.
Onun sözlərinə görə, Rusiya peşəkar “Vaqner” bölmələrini Soledar şəhərinə cəlb edib: "Vaqnerçilər müxtəlif təbliğat bəyanatlarına baxmayaraq, çoxsaylı itkilərlə şəhərdən geri çəkiliblər".
Xatırladaq ki, Ukraynanın Donetsk bölgəsindəki separatçılar Soledar şəhərinin Baxmutskoe kəndini ələ keçirdiklərini iddia edirlər.
Qeyd edək ki, bundan əvvəl Ukrayna tərəfi Ukraynanın Donetsk vilayətinin Soledar şəhərində vəziyyət gərgin olduğunu etiraf etmişdi.
Durumu sabitləşdirmək üçün cəbhənin bu istiqamətinə əlavə qüvvə və vasitələr göndərilib: “Bu istiqamətdə son sutkada 22 toqquşma olub. Düşmənin irəliləməsinin qarşısını almaq üçün tədbirlər görülür. Qarşı tərəfə sistemli zərbələr endiririk”.