Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın canlı qüvvə itkisi 50 minə yaxınlaşır

“Ukraynada Rusiya ordusunun daha 300 hərbçisi məhv edilib”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 49 800-ü ötüb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 068 tank, 4 459 zirehli döyüş maşını, 1 157 artilleriya sistemi, 294 reaktiv yaylım atəşi sistemi, 156 hava hücumundan müdafiə sistemi, 236 təyyarə, 206 helikopter, 867 PUA, 205 qanadlı raket, 15 gəmi, 3 286 avtomobil texnikası və avtosistern, 107 xüsusi texnikadan ibarətdir.

Baş Qərargahının gündəlik operativ məlumatında qeyd olunur ki, son sutkada Rusiya Silahlı Qüvvələri Ukraynada hərbi və mülki obyektlərə 25 raket zərbəsi endirib.

Xüsusilə, Xarkov, Dmitrivka, Soledar, Nikolayev kimi ərazilərdə mülki infrastruktur ziyan görüb:

"Qarşı tərəf öz səylərini Donetsk vilayətinin tam nəzarətə götürülməsinə, bir hissəsi ələ keçirilən Xerson, Xarkov, Zaporejye və Nikolayev vilayətlərinin nəzarətdə saxlanmasına, həmçinin hücumun bərpası üçün əlverişli şəraitin yaradılmasına, zəif nöqtələrin axtarışına yönəldib. Ukraynanın hər yerində hərbi və mühüm infrastruktur obyektlərinə kütləvi hava və raket zərbələri endirilməsi təhlükəsi hələ də var".

Məlumata görə, Zaporejye istiqamətində düşmən Novopol və Novosilka rayonlarını atəşə tutub: "Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində məcburi səfərbərlik davam edir. Müdafiə qüvvələrimiz müdafiə əməliyyatlarını davam etdirir. Müəyyən edilmiş sərhədlər qorunur. Düşmənin Ukrayna ərazisində irəliləməsinin qarşısı alınır".