Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın canlı itkisi 25 minə çatır

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 24 900 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 110 ədəd tankı, 2 686 ədəd zirehli döyüş maşını, 502 ədəd artilleriya sistemi, 171 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 83 hava hücumundan müdafiə sistemi, 199 ədəd hərbi təyyarəsi, 155 ədəd helikopteri, 90 qanadlı raket, 1 926 ədəd nəqliyyat vasitəsi, 11 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 324 ədəd dronu və 38 ədəd xüsusi texnikası məhv edilib.