Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın ağır günü: "Qazprom" işçilərindən müharibə üçün pul yığır

AzadlıqRadiosu Gazpromun Saxa (Yakutiya) filialının mühafizə işçilərinin WhatsApp mesencerində dərc olunmuş elanın skrinşotunu əldə edib.

Bu elanda şirkət əməkdaşlarının “xüsusi əməliyyat” zamanı yaralanmış Rusiya əsgərlərinin müalicəsi üçün hər birindən 1000 rubl köçürməsini istəyir.

Elanda yerli xəstəxana və hospitallarda “dava-dərmanın fəlakətli şəkildə çatışmadığı” bildirilir:

"Əziz həmkarlar xüsusi əməliyyatın keçirilməsi zamanı Uzaq Şərq hərbi dairəsindən olan çox sayda hərbi qulluqçu müxtəlif dərəcəli yara və xəsarət alıb. Gazprom-un Xabarovskda yerləşən regionlararası idarəsi xəstəxana və hospitallarda fəlakətli şəkildə çatışmayan dava-dərman almaq vəzifəsini üzərinə götürüb. Burada göstərilmiş telefon nömrəsinə 1000 rubldan az olmayaraq pul köçürülməsi rica olunur. Vəsaitin köçürülməsindən sonra votsap vasitəsi ilə son dörd rəqəmi və soyadınızı göndərməyiniz vacibdir”.



AzadlıqRadiosuna bu skrinşotu göndərmiş mənbə qeyd edir ki, bu çatda mühafizə dəstəsinin 100-dək əməkdaşı var.

Mənbənin sözlərinə görə bu cür çatlar başqa dəstələrdə də var:

“Əvvəllər vəsait toplanması könüllü, amma daimi əsasda idi. İndi isə bu tədbir məcburi-könüllü olub”.

Gazprom şirkətinin Uzaq Şərq regionlararası idarəsində AzadlıqRadiosunun zənglərinə cavab verməyiblər.

Lakin bu idarənin Telegram kanallarında dərc edilmiş məlumatlardan aydın olur ki, bu sayaq aksiyalarla mart və aprel aylarında yarım milyon rubl vəsait toplanıb.