Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın 70 hərbçisi döyüşməkdən imtina edib

Melitopolda 70 rusiyalı hərbçi iğtişaş törədib. Onlar Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etməkdən imtina edirlər. Bu barədə Facebook-da Zaporojye diyarının Müdafiə Qüvvələri məlumat yayıb.

“Bizə məlumat daxil olub ki, 2022-ci il martın 24-də Rusiya qoşunlarının Melitopolda dislokasiya olunmuş bölməsində 70 hərbçi rəhbərliyin əmrlərini yerinə yetirməmək üçün iğtişaş törədib və Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüş əməliyyatlarında iştirak etməkdən imtina edib”, - məlumatda deyilir.