Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın 50 milyon dollarlıq “supertəyyarəsi” vuruldu - FOTO/VİDEO

Ukraynanın Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında martın 24-də vurulmuş Rusiya Su-35 qırıcısının qalıqlarının videogörüntüləri yayılıb.

Roliki öz telegram-kanalında Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko yerləşdirib. “Səhər tezdən buna baxmaq olduqca xoşdur ki, İzyum çölləri üzərində vurulmuş, qiyməti 50 milyon dollar olan “supermüasir” Su-35 qırıcısı necə yanır, onun əsir alınmış pilotu diz üstə çökərək gözlərində dəhşət ifadəsi ilə necə baxır”, - Geraşenko bildirib.



O, Ukraynanın Hava Hücumundan Müdafiə qüvvələrinin qırıcını martın 24-də vurduğunu bildirib.

Təyyarənin pilotu katapult edib və əsir alınıb. Ukraynalı döyüşçülər onu diz üstə çökdürərək dindirir, pilot özünü “podpolkovnik Sergey Sergeyeviç Osik” kimi təqdim edir, hansı hərbi hissədə qulluq etdiyini, komandirinin kim olduğunu, hansı əmr aldığını deyir. İlk dəfə Ukraynaya qarşı döyüş uçuşunu martın 13-də həyata keçirdiyini bildirir.