Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyalı turistlərin Avropa səyahəti kəskin azalıb

Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) bu ilin yayında Avropaya rus turist səfərlərinin 2019-cu ilin eyni dövrü ilə müqayisədə 90-95 faiz azaldığını açıqlayıb.

Açıqlamada 2022-ci ilin birinci yarısında rusların Avropaya 1,2 milyon səfər etdiyi xatırladılıb.

Açıqlamada həmçinin Avropaya səfərlərin sayının kəskin azalmasının əsas səbəbi aviasiya sektoruna tətbiq edilən sanksiyalar və Avropa ölkələrinin Rusiya vətəndaşları üçün daha sərt viza siyasətləri göstərilib.