Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada “WhatsApp” qadağan oluna bilər

“Facebook” və “Instagram” sosial şəbəkələrinin bağlanmasından sonra məhkəmə qərarı ilə Rusiyada ekstremist təşkilat kimi tanınan ABŞ-ın “Meta” korporasiyasına məxsus “WhatsApp” messencerinin də qadağan edilməsi məqsədəuyğundur.

Bunu Rusiya İctimai Palatasının  internet istifadəçilərinin hüquqlarının müdafiəsi üzrə işçi qrupunun rəhbəri Aleksandr Malkeviç bildirib.

O, qeyd edib ki, bu messencer çoxlu sayda yalan məlumatlar yayır.

“Biz palatada “WhatsApp”-ın bu tənzimləmədən kənar qalmasındaa məntiq görmürük, onun da bloklanması lazımdır. İnsanlar internet istifadəçilərinin hüquqlarının müdafiəsi üçün qaynar xəttə zəng edir və bunun niyə belə olduğunu soruşurlar. “Meta” ekstremistdir və “WhatsApp” da onların məhsuludur”, - deyə Malkeviç vurğulayıb.