Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada müharibə fonunda kişi məhbusların sayı rekord həddə azalıb

2022-ci ilin sentyabr və oktyabr aylarında Rusiya islah koloniyalarında məhbusların sayı 23 min nəfər azalıb. 2010-cu ildən bu yana statistikada belə kəskin sıçrayışlar olmayıb. Hətta son illərin ən kütləvi amnistiyası belə qısa müddət ərzində daha az sayda rusiyalını azad edib.

Bu barədə “Mediazona” nəşri yazıb.

Məlumata görə, məhbusların sayının azalması koloniyalarda “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) koloniyalarda döyüşçülərin cəlb edilməsi fonunda baş verir.

Avqustun əvvəlində islah koloniyalarında təxminən 349 min nəfər saxlanılıb. Noyabrın əvvəlinə onlardan 325 mini qalıb, 23 mindən çox insan isə koloniyalardan yoxa çıxıb.

“2022-ci ildə Dövlət Duması amnistiya elan etməyib, məhbusların ağır vəziyyətini yüngülləşdirməli olan qanunlar da qəbul etməyib”, - nəşr vurğulayıb.