Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada müəmmalı olay: “LUKoil”in vitse-prezidenti xəstəxananın pəncərəsindən yıxılaraq ölüb

Rusiyanın ikinci ən böyük neft şirkəti olan “Lukoyl”un Direktorlar Şurasının sədri Ravil Maqanov Moskvada Mərkəzi Klinik Xəstəxananın pəncərəsindən yıxılaraq ölüb.

"İnterfax" xəbər verir ki, bu barədə məlumatlı mənbə bildirib.

n pəncərəsindən yıxılıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib”, - mənbə bildirib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Hadisə ilə bağlı rəsmi məlumat verilmir.

Maqanov "Lukoyl"-də rəhbər vəzifələrdə çalışıb. 2020-ci ildə neft şirkətinin Direktorlar Şurasının sədri Valeri Qrayferin ölümündən sonra idarə heyətinə rəhbərlik edib.
Qeyd edək ki, "Lukoyl" Ukraynadakı müharibədən narahtlığını ifadə edən şirkətlərdən biridir.

"Direktorlar Şurası Ukraynada baş verən faciəli hadisələrlə bağlı dərin narahatlığını bildirir. Silahlı münaqişənin tezliklə dayandırılmasına çağıraraq, bu faciədən zərər çəkən bütün qurbanlara səmimi başsağlığımızı bildiririk. Biz davamlı atəşkəsin və problemlərin ciddi danışıqlar və diplomatiya yolu ilə həllinin tərəfdarıyıq.

Şirkət özünün əsas missiyasına sadiq qalaraq, bütün dünya üzrə istehlakçılara etibarlı enerji təchizatçısı kimi fəaliyyət göstərdiyi bütün ölkələrdə və regionlarda fəaliyyətini davam etdirmək üçün səy göstərir. "Lukoyl" öz fəaliyyətində sülhə, beynəlxalq münasibətlərə və humanitar əlaqələrə töhfə verməyə çalışır", - şirkətin Direktorlar Şurasının mart ayında yaydığı bəyanatda bildirilmişdi.