Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada miqrantların deportasiyasına əsas verən inzibati xətaların siyahısı ikiqat artırılıb

Rusiyada əcnəbilərin ölkədən çıxarılmasına əsas verən inzibati hüquqpozuntuların sayı 22-dən 45-ə yüksəldilir.

Rusiya mediası xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin miqrasiya xidmətinin bəyanatında bildirilib.

Məlumata görə, bu dəyişiklik sabahdan etibarən qüvvəyə minir.

"2026-cı il noyabrın 3-dən miqrasiya sahəsində pozuntulara görə məsuliyyət sərtləşdirilir. Ölkədən çıxarılma şəklində sanksiya nəzərdə tutan maddələrin ümumi sayı 45-ə çatıb", - DİN-dən qeyd edilib.