Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada məktəbliləri güllələyən şəxsin adı bilindi, Kreml "terror" dedi - FOTO

Xəbər verdiyimiz kimi, bu gün Rusiyanın İjevsk şəhərində məktəbdə atışma baş verib. Nəticədə 13 nəfər ölüb, daha 21 nəfər xəsarət alıb. Atəş açan şəxs isə intihar edib.

Rusiyanın İstintaq Komitəsinin məlumatına görə, insidenti törədənin şəxsiyyəti məlum olub.

Bildirilir ki, sözügedən şəxs 34 yaşlı yerli sakin Artem Kazançevdir. Kazançev hadisəni törətdiyi məktəbin məzunu olub.



Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə İjevskdə məktəbə hücumu terror aktı adlandırıb. Peskov hücumu törədən şəxsin neofaşist təıkilatın və yaxud qruplaşmanın tərəfdarı ola biləcəyini də istisna etməyib.

Xatırladaq ki, bu gün Rusiyanın İjevsk şəhərində məktəbdə atışma baş verib. Nəticədə 13 nəfər ölüb, daha 21 nəfər xəsarət alıb. Atəş açan şəxs isə intihar edib.

Hazırda insidentin səbəbləri araşdırılır.