Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada məktəbdə atışma: 13 nəfər ölüb, 20 nəfər yaralanıb

Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə atışma olub.

Rusiya İstintaq Komitəsinin (İK) yaydığı məlumatda bildirilir ki, nəticədə 7-si uşaq olmaqla 13 nəfər ölüb. Ən azı daha 21 nəfər yaralanıb. Onlardan 14-ü uşaqdır.

Hücum edən şəxs məktəbin ikinci mərtəbəsində polisə atəş açıb. O, heç bir tələb irəli sürməyib. Təhsil müəssisəsinin ərazisi mühasirəyə alınıb.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunur ki, məktəbə hücum edən şəxsin meyiti aşkar edilib.

Artıq İjevsk şəhərində məktəbdə baş vermiş atışma nəticəsində ölənlər üçün Udmurtiyada matəm elan edilib. Bu barədə Udmurtiyanın rəhbəri Aleksandr Breçalov məlumat verib.

Matəm sentyabrın 29-dək davam edəcək.