Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada hərbi komissarı iş yerində güllələdilər - VİDEO

Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk şəhərində hərbi komissarlıqda silahlı insident olub.  Atəş açılması nəticəsində hərbi komissar ağır yaralanıb.

Əvvəlcə hərbi komissarın öldüyü bildirilsə də, sonradan İrkutsk vilayətinin qubernatoru İqor Kobzev hərbi komissar Aleksandr Vladimiroviç Yeliseyevin ağır yaralandığını, lakin ölmədiyini bildirib.

TASS xəbər verir ki, bunu o, “Telegram”dakı səhifəsində yazıb.

Qubernatorun sözlərinə görə, hərbi komissar hazırda reanimasiyadadır, həkimlər onun həyatı uğrunda mübarizə aparır.

İ.Kobzev deyib ki, hərbi komissara atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb və qanun qarşısında cavab verəcək.

Məlumata görə, hərbi komissarı güllələyən 25 yaşlı Ruslan Zinin şəxs Ust-İlimsk şəhər sakinidir.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin uyğun maddələri üzrə cinayət işi başlanıb.

Hadisə yerində araşdırma aparılır.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də qismən səfərbərlik elan edib.