Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada həbsxanada qiyam: koloniyanın 4 əməkdaşı öldürülüb, radikallar məhv edilib

Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı koloniyada məhbuslar cəzaçəkmə müəssisəsinin əməkdaşlarını girov götürüblər.

TASS-a istinadən xəbər verir ki, insident Volqoqrad vilayətindəki ciddi rejimli islah koloniyasında baş verib.

Məlumata görə,  cəzaçəkmə müəssisəsinin əməkdaşlarını girov götürüblər. Radikallar girovları azad etmək üçün 2 milyon dollar və helikopter tələb ediblər.

Bəzi məlumatlara görə, cəzaçəkmə müəssisəsinin əməkdaşlarını girov götürən məhbuslar bunu bu il aprelin 3-də “Crocus City Hall”a hücum edən terrorçuların qisasını almaq istəyi ilə əlaqələndiriblər. Onlar ümumilikdə müəssisəsinin 8 əməkdaşını və 4 məhkumu girov götürüb.

Rusiya xüsusi təyinatlılarının həyata keçirdiyi əməliyyat nəticəsində radikallar məhv edilib.

"Yarım saat davam edən əməliyyat başa çatıb, terrorçular öldürülüb, girovlar isə azad edilib", - məlumatda bildirilib.

Qeyd olunub ki, əməliyyat saat 16:00-da başlayıb və 16:30-da başa çatıb.

Radikallar qiyam qaldıran zaman koloniyanın 3 əməkdaşını öldürüblər. Daha bir yaralı koloniya əməkdaşı sonradan xəstəxanada ölüb.

Ümumilikdə koloniyada 1230 məhbus var.