Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada güclü partlayış: 91 nəfər...

Rusiyanın Orenburq vilayətində yerləşən "Qayski QOK" səhmdarlar cəmiyyətinə məxsus emal zavodunun mədənində Bakı vaxtı ilə 07:50-də güclü partlayış baş verib.

Lent.az vilayət prokurorluğuna istinadən xəbər verir ki, Mədəndə 91 nəfər olub, onlardan 3 nəfəri ölüb.

88 nəfər hələ də mədəndədir. Xilasedicilər hadisə yerinə cəlb edilib.

Qeyd edək ki, sözügedən zavod Rusiyanın ən böyük dağ-mədən müəssisələrindən biridir. Zavod Orenburq mis ehtiyatlarının 76 faizinin cəmləşdiyi “Qayskoye” yatağının bazasında tikilib.