Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada general ovu - Bir gündə üç general saxlanıldı

Rusiyada bir gündə üç general saxlanılıb.

Bununla bağlı Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əvvəlcə Rusiyanın daxili işlər nazirinin köməkçisi, general-leytenant və Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin sabiq rəisi Sergey Umnov vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq saxlanılıb. O, Petrovkadakı müvəqqəti saxlama təcridxanasındadır.

Daha sonra Sergey Umnovla birlikdə Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin rəisi, general Aleksey Semenov və Sankt-Peterburq Daxili İşlər Nazirliyinin keçmiş rəis müavini, general İvan Abakumovun da saxlanıldığı məlum olub.

İstintaqın irəli sürdüyü iddialara əsasən, 2016-cı ildən 2020-ci ilə qədər Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin yüksək rütbəli əməkdaşlarından bir neçəsi “Sankt-Peterburq və Leninqrad vilayətinin Mərkəzi Daxili İşlər İdarəsinin proqramlarına köməklik” yardım fondunun vəsaitindən şəxsi maraqları üçün istifadə edib. Generalların xahişi ilə fonddan pullar onlar üçün daşınmaz əmlak və avtomobillərin alınmasına, həmçinin ştatdankənar köməkçilərin saxlanılmasına sərf edilib.

Cinayət işinin təfərrüatı barədə açıqlama verilmir.