Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada daha bir general saxlanılıb

FTX (Federal Təhlükəsizlik Xidməti) Rusiyanın keçmiş müdafiə nazirinin müavini ordu generalı Dmitri Bulqakovu saxlayıb. 

Bu barədə Rusiya FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb. 

Məlumata görə, yüksək rütbəli hərbçi korrupsiya cinayəti ilə bağlı saxlanılıb. Ordu generalı həbs olunduqdan sonra o, 2-ci istintaq təcridxanasına yerləşdirilib. FSB onun qanunsuz fəaliyyətinə səbəb olan səbəbləri və şərtləri müəyyən etmək üçün istintaq hərəkətləri və əməliyyat tədbirləri həyata keçirir.

Dmitri Bulqakov 1976-cı ildə Lenin Komsomolu adına Volsk Ali Hərbi Təchizat Məktəbini, 1984-cü ildə Maddi-Texniki Təchizat və Nəqliyyat Hərbi Akademiyasını, 1996-cı ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.

24 sentyabr 2022-ci ildə Dmitri Bulqakov Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş Müfəttişlər İdarəsinin baş müfəttişi təyin edilib.