Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada alpinistlər qayadan yıxıldılar - 6 ölü

Rusiyanın Kamçatka yarımadasındakı Klyoçevskaya Sopka vulkanına dırmaşan 12 nəfərlik alpinist qrupundan 6 nəfər hündürlükdən yıxılaraq həyatını itirib.

2-si bələdçi olan 12 nəfərdən 3-ü 3300 metr hündürlükdə qurulan düşərgədə qalıb və yürüşü dayandırıb.

4150 metr hündürlükdə qayadan yıxılan alpinistlərdən 5-i həyatını itirib, 4-ü isə yaralanıb.

Xəstəxanaya aparılarkən huşsuz vəziyyətdə xilas edilən daha bir alpinistin ölümü ilə hadisədə ölənlərin sayı 6-ya yüksəlib.

Alpinistlərdən 5-nin Rusiya Turizm Nazirliyində qeydiyyatda olduğu, lakin digərlərinin lisenziyasının olmadığı qeyd olunub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.