Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Zelenskini öldürmək cəhdlərindən əl çəkməyib – Kəşfiyyat

Ukrayna kəşfiyyatı xəbər verir ki, Rusiya ölkə rəhbərliyini öldürmək üçün Ukraynaya yeni terror qruplaşmaları atmaqda davam edir.

Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən verilən məlumata görə, şəxsən Putinə yaxınlığı ilə tanınan Yevgeni Priqojinin “Liqa” (“Vaqner”) özəl hərbi kampaniyası ilə bağlı olan silahlıların Ukrayna ərazisinə atılması davam edir. Onların əsas məqsədi Ukraynanın hərbi-siyasi rəhbərliyini aradan götürməkdir.

Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, rusiyalı terrorçuların əsas hədəfi Prezident Volodimir Zelenskidir. Bundan əlavə, rəhbərlikdəki digər şəxslərin də öldürülməsi tapşırığı var.

Məlumata görə, Putin şəxsən Ukrayna liderlərinə qarşı hücumla bağlı ən yaxın adamlarından birinə əmr verib. Bundan əvvəlki hücum cəhdləri boşa çıxıb, terror qrupları isə məhv edilib.