Rusiya Zaporojyeni bombaladı - 9 nəfər ölüb
07 Dekabr 2024
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Zaporojye vilayətinin mərkəzinə endirdiyi zərbə nəticəsində doqquz nəfər ölüb, yaralıların olduğu bildirilir.
Bunu vilayətin hərbi administrasiyasının başçısı İvan Fedorov teleqramda bildirib.
“Saat 21:00-a (Bakı vaxtı ilə 23:00 – red.) olan vəziyyətə görə, 20 nəfər yaralanıb və doqquz nəfər ölüb”, – məlumatda qeyd olunub.
Bundan başqa, Baş Prokurorluğa görə, Rusiyanın aviazərbəsi nəticəsində avtotəmir kompleksi dağılıb, mağazalar, çoxmərtəbəli binalar və s. infrastruktura ziyan dəyib.
Eyni zamanda, Milli Polisin dəqiqləşdirməsinə əsasən, vilayətə iki zərbə endirilib – biri Zaporojye şəhərinə, digəri eyni adlı rayona. İkincisi açıq əraziyə düşüb.
Bəzi icmalarda elektrikin verilişində fasilələr müşahidə olunur.