Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya XİN: Brüsselə qarşı gözlənilməz addımlar ata bilərik

"Avropa İttifaqının Rusiya ilə asanlaşdırılmış viza rejimini dayandırmaq qərarı nəticəsiz qalmayacaq. Buna cavab olaraq Moskva “ayağına güllə atmaq” qərarı verən Brüsselə qarşı gözlənilməz tədbirlər görə bilərik".

Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

“Aİ-nin Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini pozması, yayınması və ya ondan çıxması nəticəsiz qalmayacaq. Əgər Brüsseldə yenə də özlərinə atəş açmaq qərarına gəliblərsə, bu, onların seçimidir”, - Qruşko bildirib.

O əlavə edib ki, Rusiya ilə hava və digər kommunikasiyaları dayandıran Aİ vətəndaşlarını Rusiyada işləməkdən məhrum edir: "Bu, barbarlıqdır və “Maarifçi Avropa” üçün ayıbdır. Maraqlıdır, finlər Sankt-Peterburq-Helsinki dəmir yolunu metal qırıntısına çevirəcəklərmi? Qərb ölkələri Helsinki Yekun Aktına hərəkət və məlumat azadlığı haqqında müddəalar daxil etməyə çalışırdılar. “Avtoritar SSRİ” bununla razılaşdı. İndi isə Aİ hasarlar tikməklə məşğuldur”, - diplomat əlavə edib.

Qeyd edək ki, Aİ rəsmisi Josef Borrell çərşənbə günü bildirib ki, Aİ ölkələri Rusiya ilə viza rejiminin sadələşdirilməsinə tamamilə son qoymaq üçün siyasi razılaşma əldə ediblər, lakin Rusiya vətəndaşlarının bəzi kateqoriyaları hələ də Aİ vizalarını ala biləcəklər.