Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya XİN: Anqlosakslara müharibə lazımdır

"Ağ Evin isteriyası həmişəkindən daha açıqdır. Anqlosakslara müharibə lazımdır".

Bunu Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Facebook” hesabında yazıb.

"İstənilən qiymətə. Təxribatlar, dezinformasiya və təhdidlər öz problemlərini həll etmək üçün sevimli üsuldur. Amerika hərbi-siyasi maşınının konkisürmə meydançası yenidən insanların həyatından keçməyə hazırdır. Bütün dünya militarizm və imperiya ambisiyalarının özünü ifşa etməsini seyr edir. Bloomberg-in rəhbərlik etdiyi təbliğat briqadası isə bütün bunlara xidmət edir"-deyə Rusiya XİN sözçüsü bildirib.